Məhəmmədrəsul Məcidov finalda!

2-09-2017, 07:47           

Almaniyanın Hamburq şəhərində keçirilən kişi boksçular arasında dünya çempionatında finalçıların adına aydınlıq gəlib.

Trend-in məlumatına görə, Azərbaycan millisinin boksçusu Məhəmmədrəsul Məcidov da adını həlledici döyüşə yazdırıb.

+91 kq çəki dərəcəsində mübarizə aparan ikiqat dünya çempionumuz finala gedən yolda avstraliyalı Jozef Qudelli mübarizədən kənarlaşdırıb. O, 1/2 finalda rəqibini 4:1 (30:26, 29:28, 28:29, 29:28, 29:28) hesabı ilə məğlub edib.

Məcidov sabah baş tutacaq həlledici görüşdə qazaxıstanlı Kamşibek Kunkabayevlə üz-üzə gələcək.

Qeyd edək ki, yarışa 4 boksçu ilə qatılan komandamızın aktivində hələlik bir bürünc medal var. Mükafatı ölkəmizə Kamran Şahsuvarlı (75 kq) qazandırıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru