FIFA-nın futbol qaydalarına yeni dəyişikliklər edib. Belə ki, oyundankənar vəziyyətlər yeni qayda ilə müəyyənləşdiriləcək.
Trend-in məlumatına görə, yeni qaydalara əsasən “passiv” ofsayd daha tətbiq edilməyəcək.
Qol vəziyyətində olan və ofsaydda qərarlaşan futbolçu topa toxunmasa və ya ofsayddan çıxmağa çalışsa da, hakimlər yenə də oyundankənar vəziyyət qeydə alacaqlar.
Bundan başqa, ofsaydda olan furbolçu qapıya vurulan zərbə əsnasında heç bir həmlə etməsə və top sadəcə onun yanından keçib qol olsa, hakim yenə "ofsayd bayrağı"nı qaldıracaq.