Güləşçimiz ermənini uddu və Avropa çempionu oldu

6-08-2015, 10:43           
Güləşçimiz ermənini uddu və Avropa çempionu oldu
Serbiyanın Subotiça şəhərində yeniyetmə güləşçilər arasında Avropa çempionatı keçirilir.

Qol.az-ın məlumatına görə, çempionatın ilk günündə güləşçilərimiz 1 qızıl və 3 bürünc medal əldə edib. İslam Bazarqanov (50 kq) qızıl, Əsgər Məmmədəliyev (42 kq), Geriya Qadisa (58 kq) və İsmayıl Abdullayev (69 kq) bürünc medal qazanıb.
İkinci yarış günündə 46, 54, 63, 76 və 100 kq çəkidə sərbəst güləşçilər yarışıb. Güləşçilərimiz günü 1 qızıl medalla başa vurub.
Güləşçilərimizdən yalnız ağır çəkidə mübarizə aparan Alimaqomed Alixmayev (100 kq) mübarizəni finala qədər davam etdirib. Türkiyə, Bolqarıstan və Gürcüstan pəhləvanları üzərində inamlı qələbə güləşçimizi finala yüksəldib. Həlledici görüşdə təmsilçimizin rəqibi Ermənistan idmançısı olub. Bir dəqiqə ərzində rəqibini böyük hesablı məğlubiyyətə məcbur edən idmançımız Avropa çempionatının qızıl medalına sahib olub.
Digər güləşçilərimiz mübarizəni erkən mərhələdə dayandırıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.