Polislə azarkeşlər arasında gərginlik- “Qəbələ” oyununda+Video

7-08-2015, 10:17           

Bu gün Avropa Liqasında 3-cü təsnifat mərhələsinə yekun vurulur.


“Qafqazinfo” futbolinfo.az-a istinadən xəbər verir ki, təmsilçimiz "Qəbələ" evdə Kipr "Apollon"unu 1:0 hesabı ilə məğlub edərək, pley-off mərhələsinə vəsiqə qazanıb.

"Bakcell Arena"da keçirilən oyun həm də arzuolunmaz hadisə ilə yadda qalıb. Belə ki, "Qəbələ"nin Bakıda yerləşən fan-klubunun üzvləri oyundan sonra tribunada Türkiyə bayrağı açdığı üçün polislərin hücumuna məruz qalıb. Polislər həmin azarkeşləri döyüb.

Bu vəhşiliyə dözməyən "Qəbələ" klubunun rəsmiləri də polislərə etiraz ediblər. Hazırda həmin fanatlar arasında özündən gedənlər var və ətrafdakılar onlara kömək edir. Digər tərəfdən stadiondan çıxan azarkeşlərin əksəriyyəti isə evlərinə getməyib. Onlar stadionun qabağında polislər əleyhinə şüarlar səsləndiriblər.

Video AzadlıqRadiosuna məxsusdur:












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.