Cavidin jesti türk mediasında – Foto

7-08-2015, 10:26           

“Qəbələ”nin “Apollon”la görüşdə qələbə qolunu vuran Cavid Hüseynovun jesti Türkiyə mediasının gündəminə gəlib.

Axar.az xəbər verir ki, qardaş ölkə mətbuatı hücumçunun qoldan sonra Türkiyə bayrağını meydanda açmasını təqdir edib. Türkiyənin müxtəlif sayt və portallarında xəbər verilib ki, “Apollon”la matçda Türkiyə və Şimali Kipr Türk Respublikasına dəstək şüarları səsləndirilib.

Xatırladaq ki, matçda vurulan yeganə qol komandamıza tarixində ilk dəfə Avropa Liqasının “pley-off” mərhələsinə vəsiqə qazandırıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.