"Barselona”nın sabiq futbolçusu Niderland yığmasına rəhbərlik edəcək

3-02-2018, 09:49           

“Barselona”nın sabiq futbolçusu Ronald Kuman Niderland yığmasının baş məşqçisi olacaq.



APA-nın məlumatına görə, bu barədə “De Telegraaf” xəbər verib.



Niderland futbol federasiyasının başçısı Erik Qudde R.Kumanı adıçəkilən posta ən yaxşı namizəd adlandırıb.



Məlumata görə, R.Kumanın köməkçiləri də artıq müəyyənləşib. 55 yaşlı mütəxəssisə Niko-Yan Hooqma və Alois Venker kömək edəcək.



Qeyd edək ki, Ronald Kuman müxtəlif illərdə “Ayaks”, “Benfika”, PSV, “Valensiya”, “Feyenord”, “Sauthempton”, “Everton” klublarını çalışdırıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru