İNSANLIQ: Nitsşe ağladı və insanlardan…

Bu gün, 10:04           
İNSANLIQ: Nitsşe ağladı və insanlardan…
1889-cu ildə Nitsşe İtaliyanın Turin şəhərinin küçəsində gəzərkən, həyatının dönüş nöqtəsinə getdiyini bilmirdi. O qəfldən bir fayton sürücüsünün atını möhkəm qamçıladığını görür. At o qədər yorulubmuş ki, qamçı zərbələrinə reaksiya verə bilmədiyindən yerə yıxılır. Nitsşe atın yanına qaçır, onun boynunu qucaqlayır, hönkürə - hönkürə ata nəsə deyir və huşunu itirib, özündən gedir. Onun huşunu itirməmişdən əvvəl ata: “Ana, üzr istəyirəm” və ya “Ana, mən axmaqam” dediyi bildirilir. Bu hadisədən sonra, Nitşe on il heç kimlə danışmır, nizamsız davranışları artır, ruhi xəstəxanaya yerləşdirilir, amma heç vaxt bir daha əvvəlki kimi ola bilməyir.
*Dostoyevski "Cinayət və Cəza" əsərində oxşar hadisəni yuxusunu pozan, ən böyük kabusu kimi təsvir etdiyi balaca uşağın çarəsizliyində təsvir edib. Faytonçu atının yorğun və yeriyə bilməyəcəyini görsə də, heç bir rəhm etmədən, atı ölümünə qamçılayır ki, onun çəkə biləcəyindən çox adamla dolu arabanı dartsın. Ətrafdakılar da əllərinə düşən hər şeylə atı vururlar. Balaca uşaq Raskolnikov atı qucaqlayaraq, kömək diləyir, lakin heç kim ona kömək etmir. Nəhayət, faytonçu atı hamının gözü qarşısında vəhşicəsinə öldürür. O və yanındakılar onun gördüyü işdən böyük həzz alırlar.
“Varlığın dözülməz yüngüllüyü" kitabında Nitsşe hadisəsini belə qiymətləndirir.
“Əsl insan xeyirxahlığı yalnız digər şəxs gücsüz bir məxluq olduqda, bütün saflığı ilə sərbəst şəkildə ortaya çıxa bilər. Əsl əxlaqi imtahan, bəşər övladının təməl imtahanı, onun rəhminə qalanlarla rəftarında gizlidir: Heyvanlar... Və bu baxımdan bəşər övladı əsaslı məğlubiyyətə düçar olmuşdur. Bu elə əsaslı məğlubiyyətdir ki, bütün digər məğlubiyyətlər mənşəyini ondan alır”.
Nitşe və Dostoyevski anlaya bilmədikləri insanların qəddarlığı qarşısında aciz qaldıqlarından, insanlardan uzaq durmağa üstünlük veriblər.
Göthe bu acizliyi belə qiymətləndirib:
“Dünya Həssas Qəlblər üçün bir Cəhənnəmdir!..”
Esmira ŞÜKÜROVA
TEREF












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru