UEFA qərar verdi: Oyun tamaşaçısız olacaq

3-02-2018, 10:27           

UEFA-nın İntizam komissiyası hələ 2015-ci il noyabrın 27-də Ukrayna yığma komandasını bir ev matçını tamaşaçısız oynamaqla cəzalandırıb.

Publika.az xəbər verir ki, yığma komanda “Avro-2016”nın təsnifat mərhələsində Kiyevin “Olimpiya” stadionunda İspaniyaya qarşı matçda bannerdəki kelt xaçına görə cəzalandırılıb. Qərar qəbul olunduğu vaxtdan sonra Ukrayna UEFA-da matçlar keçirməyib. Yığma komanda bu müddətdə yalnız yoldaşlıq matçları və FIFA-nın 2018-ci il dünya çempionatı seçmə oyunlarında iştirak edib.

Ukrayna yığmasının UEFA himayəsi altında Slovakiya ilə keçirəcəyi matç bu il sentyabrın 9-da boş tribunalar önündə olacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru