Böyükağa Hacıyev palataya köçürüldü - Əməliyyatına icazə verilmir

10-02-2018, 00:23           

Beyin şişi, infarkt və insult diaqnozları ilə xəstəxanaya yerləşdirilən azərbaycanlı futbol mütəxəssisi Böyükağa Hacıyev ürəyindən əməliyyat olunub.

teref.az Futbol11.az-a istinadən xəbər verir ki, hazırda ürəyi 20 faiz işləyən Hacıyev Mərkəzi Klinik Xəstəxanadadır.

Son məlumata görə, Hacıyev reanimasiya şöbəsindən çıxarılıb və palataya yerləşdirilib. Onun səhhətindəki problemin əsas səbəbi beyin şişidir. Amma həkimlər beyin əməliyyatına icazə vermirlər. Çünki indiki vəziyyətdə bu, ölüm riskidir.

Məşqçinin durumu hazırda sabit qiymətləndirilir. Lakin təhlükənin hələ də davam etdiyi bildirilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru