“Barselona”da müdafiəçi problemi

10-02-2018, 00:28           

İspaniya La Liqasının 23-cü turunda “Xetafe” ilə qarşılaşacaq “Barselona” müdafiəçi problemi ilə üzləşib.

Qol.az-ın “Marca”ya istinadən yaydığı xəbərə görə, mərkəz müdafiəçiləri Jerar Pike və Tomaz Vermalen zədə səbəbindən bu görüşü buraxacaq.

Samuel Umtiti isə cəzalı durumda olduğundan komandasına kömək edə bilməyəcək.

Beləliklə, baş məşqçi Ernesto Valverdenin ixtiyarında yalnız bir mərkəz müdafiəçisi qalır – Yerri Mina.

Qeyd edək ki, “Barselona” – “Xetafe” oyunu fevralın 11-də keçiriləcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru