"Barselona" son bir ildə ilk dəfə öz meydanında qol vura bilməyib

12-02-2018, 09:28           
"Barselona" son bir ildə ilk dəfə öz meydanında qol vura bilməyib
"Barselona" futbol üzrə İspaniya çempionatının 23-cü turunda öz meydanında "Xetafe"ni qəbul edib.

“Report” xəbər verir ki, "Kamp Nou" stadionunda keçirilən görüş 0:0 hesabı ilə başa çatıb.

Beləliklə, Kataloniya klubu ikinci tur ardarda ölkə çempionatı oyununda qələbə qazana bilməyib. Bundan əvvəlki turda "Barselona" "Espanyol" ilə 1:1-lik heç-heçə edib. "Xetafe" isə öz növbəsində İspaniya çempionatının ardıcıl dördüncü matçında meydandan sülhlə ayrılıb.

"Barselona" həmçinin 2016-cı ilin noyabrından bu yana ölkə çempionatı oyununda birinci dəfədir ki, öz meydanında qol vura bilməyib.

Hazırda Kataloniya klubu 59 xalla turnir cədvəlinin birinci pilləsində qərarlaşıb. İkinci yerdə 52 xalla "Atletiko" gedir. "Xetafe" siyahıda (30 xal) 10-cudur.

İspaniya Primerosu, 23-cü tur

"Barselona" – "Xetafe" - 0:0












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru