"Lokomotiv" "Nitsa"nı məğlub edərək Avroliqanın 1/8 finalına çıxıb

23-02-2018, 01:18           
"Lokomotiv" "Nitsa"nı məğlub edərək Avroliqanın 1/8 finalına çıxıb
Rusiyanın "Lokomotiv" klubu Moskvada Fransa "Nitsa"sını məğlub edərək futbol üzrə Avropa Liqasının 1/8 final mərhələsinə vəsiqə qazanıb.

“Report” xəbər verir ki, "RJD Arena" stadionunda keçirilən matçda yeganə qolu 32-ci dəqiqədə yarımmüdafiəçi İqor Denisov vurub.

Komandaların bir həftə əvvəl Fransada keçirilən ilk qarşılaşması da Rusiya klubunun qələbəsi ilə başa çatmışdı - 3:2.

Beləliklə, Rusiya komandası Avropa Liqasında mərhələ adlayan tərəf olub.

Avropa Liqası. 1/16 final. Cavab qarşılaşması












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru