Bakıda da keçiriləcək “AVRO-2020″nin mükafat fondu açıqlandı

26-02-2018, 20:24           

2020-ci ildə keçiriləcək Avropa çempionatının mükafat fondu açıqlanıb.Tendensiya.com xəbər verir ki, qitə birinciliyinin ümumi mükafat fondu 371 milyon avro olacaq.

Bu barədə UEFA-nın baş katibi Teodor Teodoridis təşkilatın Slovakiyanın paytaxtı Bratislavadakı Konqresində bildirib. Baş katib bildirib ki, qalib komanda 34 milyon avro qazanacaq: “Final mərhələsinin 24 iştirakçısının hər biri azı 1,25 milyon avro, maksimum 34 milyon avro əldə edəcək”.

Fransada keçirilmiş “AVRO-2016″nın mükafat fondu 301 milyon avro olub. Başqa sözlə, növbəti qitə çempionatı üçün bu məbləğ 70 milyon avro artırılıb.

Qeyd edək ki, AVRO-2020 qitənin 12 şəhərində – Bakı (Azərbaycan), London (İngiltərə), Münhen (Almaniya), Sankt-Peterburq (Rusiya), Roma (İtaliya), Kopenhagen (Danimarka), Buxarest (Rumıniya), Amsterdam (Hollandiya), Dublin (İrlandiya), Bilbao (İspaniya), Budapeşt (Macarıstan) və Qlazqoda (Şotlandiya) təşkil olunacaq. Bakıda A qrupunun 3 oyunu ilə yanaşı, 1/4 final matçlarından 1-i keçiriləcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru