"Barselona" autsayderlə oyunda mühüm xallar itirib - VİDEO

2-03-2018, 08:59           
"Barselona" autsayderlə oyunda mühüm xallar itirib - VİDEO
Futbol üzrə İspaniya çempionatının 26-cı turunda "Las-Palmas" öz meydanında "Barselona"nı qəbul edib.

“Report” xəbər verir ki, "Qran Kanariya" stadionunda baş tutan görüş 1:1 hesabı ilə yekunlaşıb.

Oyunda hesabı qonaqlar açıb. 21-ci dəqiqədə Lionel Messi fərqlənib. Fasilədən 11 dəqiqə sonra oyunun baş hakimi Mateu Laos Kataloniya klubunun qapısına penalti təyin edib. Forvard Honatan Kalyeri 11 metrlik cərimə zərbəsini dəqiq yerinə yetirib.

"Barselona" 66 xal ilə turnir cədvəlində liderliyini davam etdirir, "Las-Palmas" (20) 18-ci yerdə qərarlaşıb.

İspaniya Primerosu. 26-cı tur

"Las-Palmas" – "Barselona" - 1:1

Qollar: 0:1 – Messi – 21, 1:1 – Kalyeri – 48 (pen).












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru