42 milyon avroya alınan futbolçu QOVULDU

2-03-2018, 10:28           

Çinin "Quançjou Everqrand" klubu kolimbiyalı futbolçusu Cekson Martinezlə müqaviləni ləğv edib.

Publika.az "Goal.com"a istinadən xəbər verir ki, komanda yeni mövsüm üçün tərtib etdiyi siyahıya Martinezi daxil etməyib. 31 yaşlı futbolçuya azad agent statusu verilib.

Qeyd edək ki, "Quançjou Everqrand" Cekson Martinezi 2016-cı ildə "Atletiko Madrid"dən 42 milyon avroya transfer edib. Kolumbiyalı forvard zədə səbəbindən Çin təmsilçisində iki il ərzində 15 rəsmi matçda iştirak edib və 4 qol 2 məhsuldar ötürmə ilə yadda qalıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru