Rəsul Çunayev ermənini 87 saniyəyə məğlub etdi – VİDEO

25-03-2018, 00:40           

Bolqarıstanın paytaxtı Sofiyada güləş üzrə 56-cı “Dan Kolov – Nikola Petrov” beynəlxalq turniri keçirilir.

teref.az xəbər verir ki, ilk yarış günündə yunan-Roma güləşçilərimizdən Rəsul Çunayev (72 kq) və qadın güləşçilərimizdən Elis Manolova (65 kq) mübarizə aparıb. Güləşçilərimiz 1 qızıl və 1 bürünc medal qazanıb.

Mübarizəyə 1/8 finaldan başlayan Rəsul Çunayev ilk olaraq Polşa (74 saniyəyə 5:0), ardınca Rumıniya idmançısını vaxtından əvvəl (9:0) təmiz qələbə ilə məğlub edib. Yarımfinalda Türkiyə təmsilçisini də üstələyən (5:1) güləşçimiz finala yüksəlib.

Həlledici görüşdə onun rəqibi Fransanı təmsil edən erməni idmançısı Evrik Nikoqosyan olub. Vaxtından əvvəl rəqibini 87 saniyəyə məğlub edən Rəsul Çunayev 8:0 hesabı ilə turnirin qızıl medalını qazanıb.

Qeyd edək ki, bu turnirdə bu gün mübarizəyə Elman Muxtarov (67) və Mariya Stadnik (50 kq) qoşulub. /Oxu.Az/












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.