Xorvatiyalı futbolçu matç zamanı ölüb

25-03-2018, 11:11           
Xorvatiyalı futbolçu matç zamanı ölüb
İyirmi beş yaşlı xorvatiyalı futbolçu Bruno Boban matç zamanı sinəsindən aldığı zərbə nəticəsində ölüb.

"Report" xəbər verir ki, bu barədə "Marsoniya" futbol klubunun "facebook" səhifəsində bildirilib.

Məlumata görə, hadisə "Marsoniya" və "Slavoniya" komandaları arasında qarşılaşmanın 15-ci dəqiqəsində baş verib. Zərərəçəkənə tibbi yardım göstərmək üçün meydançaya həkimlər gəliblər. Lakin onlar futbolçunun həyatını xilas edə bilməyiblər.

Oyunçunun ölüm səbəbi hələ məlum deyil.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru