Sebastyan Fettel "Formula 1" üzrə Melburn Qran-prisinin qalibi olub

25-03-2018, 18:59           
Sebastyan Fettel "Formula 1" üzrə Melburn Qran-prisinin qalibi olub
"Formula 1" üzrə 2018-ci il dünya çempionatına start verilib.

"Report"un məlumatına görə, mövsümün ilk Qran-prisi Avstraliyanın Melburn şəhərində təşkil olunub.

Yarışın qalibi adını "Ferrari"nin almaniyalı pilotu Sebastyan Fettel qazanıb. O, 58 dövrəlik mübarizəni 1 saat 29 dəqiqə 33,283 saniyəyə başa vurub. Fettel qalib olduğu üçün aktivinə 25 xal yazdırıb.

İkinci yeri ondan 5,036 saniyə geri qalan "Mercedes"in böyük britaniyalı pilotu Lüis Hemilton qazanıb. Hemilton 18 xal toplayıb. "Ferrari"nin finlandiyalı pilotu Kimi Raykonnen isə liderdən 6,309 saniyə geri qalaraq, üçüncü olub. O, 15 xala yiyələnib.

Ümumilikdə 20 pilotdan 5-i yürüşü başa vura bilməyib. Daha 5 pilot isə xalsız qalıb.

Növbəti Qran-pri aprelin 8-də Bəhreyndə keçiriləcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru