“Yuventus” – “Real Madrid” – Zədəlilər, qollar, üstünlüklər…
3-04-2018, 21:14
Bu gün Çempionlar liqasının ¼ mərhələsinin ilk görüşləri çərçivəsində “Real Madrid” və “Yuventus” klubları İtaliyada, “Sevilya” və “Bayern Münhen” klubları İspaniyada üz-üzə gələcək.
Keçən ilin finalda qarşılaşan klublar bu səfər ¼ mərhələsində qarşılaşacaq və bu qarşılaşmanı Cüneyt Çakır idarə edəcək.
Minval.İnfo xəbər verir ki, İtaliya liqasında hegemonluq edən “Yuventus” son 3 ildə 2 dəfə Çempionlar liqasının finalında oynayıb. Keçən il finalda 4-1 hesabı ilə məğlub olan ağ qaralar bu il avropada keçirdiyi 8 oyunda bir dəfə məğlub olub.
“Real Madrid” isə liqada o qədər də yaxşı çıxış etməsə də, Avropada oynadığı 8 oyunda bir dəfə məğlub olaraq uğurlu nəticə göstərib. Bundan əvvəlki mərhələdə “PSJ”-ni rahat məğlub edən kral klubu matçda üstün tərəf kimi görünür. Bu klublar arasındakı son oyunlarda “Real Madrid”in üstünlüyü gözə çarpır. Aralarındakı 5 oyunda 2 dəfə “Real Madrid”, 1 dəfə “Yuventus” qalib gəlib. 1 oyunda isə tərəflər heç-heçə ilə razılaşıb.
İtkilər və zədəlilər
Ev sahibində Pyaniç və Mehdi Benatiya kart cəzalısı olduqları üçün bu oyunu ötürməli olacaqlar. Braziliya millisində zədələnən Aleksandronun isə bu oyundakı iştirakı şübhə altındadır.
Madrid klubunda isə tək itki zədəli Naçho Fernandezdir. Son oyunları ötürən Ramos və İsko bu oyunda iştirak edə biləcək. Son oyunlarını bol qollu başa vuran hər iki komandanın bu oyunda da qol və qollar vuracağı gözlənilir.
Dibala Ronaldoya qarşı
“Milan” klubu ilə oyunda 1 qol 1 asistlə yadda qalan Dibala bu oyunda həmyerlisi İquainlə birlikdə “Yuventus” un əsas silahı olacaq. İtaliya liqasında 18 dəfə fərqlənən argentinalı Çempionlar liqasında 1 dəfə fərqlənib.
Qarşı tərəfdə isə Ronaldo “Yuventus” müdafiəsini yarmağa çalışacaq. Xatırladaq ki, bu il Ronaldo Çempionlar liqasında 18 dəfə fərqlənə bilib.
Aleqri süpriz edə bilər
Madrid klubuna sonuncu məğlubiyyətdən sonra Alleqrinin bu səfər “Real madrid”-ə qarşı əvvəlcədən hazırlanmış taktiki gedişlər edəcəyi gözlənilir.