Millimiz Astanada darmadağın oldu

5-06-2018, 22:05           
Millimiz Astanada darmadağın oldu
Azərbaycan milli komandası bu gün növbəti oyununu keçirib.

Faktor.az xəbər verir ki, Qurban Qurbanovun baş məşqçisi olan yığmamız 2018-ci ildə ilk səfər sınağına çıxıb.

46 yaşlı mütəxəssisin rəhbərliyi altında 5-ci oyununa çıxacaq komandamız Qazaxıstanla üz-üzə gəlib. Bunadək keçirdiyi 4 qarşılaşmanın ikisini Bakıda, ikisini Antalyada meydana çıxan futbolçularımız Astanada qüvvələrini sınayıblar.

Son qarşılaşmada Qırğızıstanı 3 cavabsız qolla məğlub edən millimiz ardıcıl 2-ci qələbəsini qazanmağı çox istəyirdi. Amma bu elə istək olaraq da qaldı. Belə ki, meydan sahibəri qarşılaşmaya sürətli hücumlarla başlayıb millimizi iki dəfə məyus etməyi bacarıb. İkinci hissədə də üstünlüyü əldən verməyən qazaxlar daha bir dəfə futbolçularımızı məyus etməyi bacarib. Beləliklə də qaşılaşma meydan sahiblərinin 3-0 hesablı qələbəsi ilə başa çatıb.

Yoldaşlıq görüşü

5 iyun

Qazaxıstan – Azərbaycan - 3:0

Qollar: Roman Murtuzayev, 12; Serikjan Mujikov, 14; Boxtiyar Zaynutdinov, 90

Hakimlər: Aleksandr Tyan, Andrey Bodyan, Viktor Mardari, Dmitri Muntyan (hamısı Moldova)

Astana. “Astana Arena”












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.