Qurban Qurbanovdan darmadağından sonra Açıqlama

5-06-2018, 23:36           

“Onlar öz oyunları ilə bizə ciddi problemlər yarada bildilər”.

Azinforum.az-ın məlumatına görə, bu sözləri öz açıqlamasında futbol üzrə Azərbaycan yığmasının baş məşqçisi Qurban Qurbanov jurnalistlərə açıqlamasında bildirib.

Qurbanov həmçinin qeyd edib: “İlk növbədə, rəqibi qələbə münasibətilə təbrik edirəm. Komandamızın problemləri barədə öz aramızda danışacağıq. Qazaxıstan isə yaxşı oynadı. Biz ilk 20 dəqiqədə uduzduq. Sonradan toparlanaraq yaxşı oyun sərgiləməyə çalışdıq. Lakin bu, mənim gözlədiyim oyun deyildi.

Komandamızın buna hazır olduğunu desəm, inanmazsınız. Lakin biz bilirdik ki, rəqib ilk dəqiqələrdən pressinq edəcək. Komandama bu təzyiqlərin qarşısını almaq üçün güc çatmadı”.

Qeyd edək ki, bu gün Qazaxıstanla keçirilən yoxlama görüşündə millimiz 0:3 hesabı ilə məğlub olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru