İslam Abbasov güləş üzrə Avropa çempionu olub

6-06-2018, 08:37           
İslam Abbasov güləş üzrə Avropa çempionu olub
Türkiyənin İstanbul şəhərində güləş üzrə U-23 Avropa çempionatı start götürüb.

“Report” xəbər verir ki, ilk yarış günündə 55, 63, 77, 87 və 130 kq çəki dərəcələrində yunan-Roma güləşçiləri yarışıb.

Yığmamız iki çəki dərəcəsində təmsil olunub və yarış gününü 1 qızıl medalla başa vurub.

87 kq-da mübarizə aparan İslam Abbasov ardıcıl olaraq Rusiya və Bolqarıstan təmsilçilərini tam üstünlüklə məğlub edib və yarımfinala yüksəlib. Yarımfinalda Macarıstan idmançısına da heç bir şans verməyən İslam finala yüksəlib. Həlledici görüşdə Xorvatiya təmsilçisinə də qalib gələn İslam Abbasov çempionatın qızıl medalına sahib olub.

55 kq

1/4 final - Norayr Hakhoyan (ARM) - Zaur Əliyev 10:1

1/8 final - Nedyalko Petrov (BUL) - Zaur Əliyev 4:12

87 kq

FİNAL - İvan Huklek (CRO) - İslam Abbasov 1:4

1/2 final - Attila Vitek (HUN) - İslam Abbasov 1:7

1/4 final - Yoan Dimitrov (BUL) - İslam Abbasov 2:10

1/8 final - İslam Abbasov - Qazi Xəlilov (RUS) 12:3












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru