Məmmədyarov Norveç superturnirində növbəti dəfə heç-heçə edib

6-06-2018, 08:38           
Məmmədyarov Norveç superturnirində növbəti dəfə heç-heçə edib
Azərbaycan qrossmeysteri Şəhriyar Məmmədyarov Norveçin Stavanqer şəhərində keçirilən şahmat turnirinin VII turunda amerikalı Uesli So ilə heç-heçə edib.

“Report” xəbər verir ki, həmçinin Sergey Karyakin (Rusiya) - Levon Aronyan (Ermənistan), Fabiano Karuana – Hikaru Nakamura (hər ikisi ABŞ) xalları yarı bölüblər.

Bu tur yeganə qələbəni fransalı Maksim Vaşye-Laqravı məğlub edən hindistanlı Vişvanatan Anand qazanıb.

Yeddi tundan sonra norveçli Maqnus Karlsen, Aronyan, So və Anandın hərəyə 3,5 xalı var. Karyakin, Məmmədyarov, Karuana və Nakamuranın 3 xalı, Vaşye-Laqravın isə 2 xalı var.

Növbəti tur çərşənbə günü olacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru