Klublarımızın mükafatı müəyyənləşdi – UEFA təsdiqlədi

6-06-2018, 22:59           
Klublarımızın mükafatı müəyyənləşdi – UEFA təsdiqlədi
UEFA 2018/19 mövsümü üçün avrokubokların büdcəsini təsdiq edib.

Qol.az-ın xəbərinə görə, bununla da Azərbaycan klublarının da qazanacağı məbləğ müəyyənləşib.

“Qarabağ”

Qitə futbol qurumunun saytı yazır ki, Çempionlar Liqasında pul mükafatları aşağıdakı kimi olacaq:

İlkin mərhələdə iştirak üçün – 230 min avro
Birinci mərhələdə iştirak üçün – 280 min avro
İkinci mərhələdə iştirak üçün – 380 min avro
Üçüncü mərhələdə iştirak üçün – 480 min avro
Pley-off mərhələsində mübarizəni dayandırdığına görə – 5 milyon avro

Pley-off qalibləri üçün xüsusi mükafat nəzərdə tutulmur. Amma ÇL-in qrupuna düşən komandaların hər birinə 15,25 milyon avro veriləcək.

Qrupda qələbə üçün – 2,7 milyon avro

Heç-heçə üçün – 900 min avro

1/8 finala çıxdığı üçün – 9,5 milyon avro
1/4 finala çıxdığı üçün – 10,5 milyon avro
1/2 finala çıxdığı üçün – 12 milyon avro
Finala çıxdığı üçün – 15 milyon avro

Finalın qalibi əlavə 4 milyon avro qazanacaq

Qeyd: 2018/19 mövsümündə Azərbaycanı Çempionlar Liqasında “Qarabağ” təmsil edəcək. “Qarabağ” mübarizəyə birinci mərhələdən başlayacaq.

“Keşlə”, “Qəbələ” və “Neftçi”

Avropa Liqasında isə pul mükafatları aşağıdakı kimi təsdiq edilib:

İlkin mərhələdə iştirak üçün – 220 min avro
Birinci mərhələdə iştirak üçün – 240 min avro
İkici mərhələdə iştirak üçün – 260 min avro
Üçüncü mərhələdə iştirak üçün – 280 min avro
Pley-off mərhələsində mübarizəni dayandırdığına görə – 300 min avro

Pley-off qalibləri üçün xüsusi mükafat nəzərdə tutulmur. Amma əgər onlar mübarizəyə ilkin mərhələlərdən başlayıblarsa, onlara əlavə mükafat veriləcək

AL-in qrupunda iştirak edəcək 48 komandanın hər biri üçün 2,62 milyon avro ayrılıb

Qrupda qələbə üçün – 570 min avro
Heç-heçə üçün – 190 min avro
Qrupun qalibi üçün – 1 milyon avro
Qrup ikincisi üçün – 500 min avro
1/16 finalda iştirak üçün – 500 min avro
1/8 finalda iştirak üçün – 1,1 milyon avro
1/4 finalda iştirak üçün – 1,5 milyon avro
1/2 finalda iştirak üçün – 2,4 milyon avro
Finalda iştirak üçün – 4,5 milyon avro

Finalın qalib əlavə 4 milyon avro qazanacaq

Qeyd: 2018/19 mövsümündə Azərbaycanı Avropa Liqasında “Keşlə”, “Qəbələ” və “Neftçi” təmsil edəcək. Hər üç klubumuz mübarizəyə birinci mərhələdən başlayacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru