Dieqo Maradona xəstəxanaya yerləşdirilib

6-06-2018, 23:40           
Dieqo Maradona xəstəxanaya yerləşdirilib
Argentina millisinin sabiq futbolçusu və baş məşqçisi Dieqo Maradona Kolumbiyanın Kali şəhərində xəstəxanaya yerləşdirilib.

“Report”un “The Sun” nəşrinə istinadla verdiyi məlumata görə, o, dizindən əməliyyat oluna bilər.

Nəşrdə bildirilir ki, D.Maradona artıq bir neçə aydır ki, sol dizində ağrılar hiss edir. Maradonanın 6-8 gün xəstəxanada qalacağı ehtimal olunur.

Qeyd edək ki, D.-Maradona Belarusun “Dinamo” (Brest) klubunun idarə heyətinin sədridir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru