Futbol üzrə Belçika yığması Misiri məğlub edib VİDEO

7-06-2018, 08:24           
Futbol üzrə Belçika yığması Misiri məğlub edib VİDEO
Futbol üzrə Belçika yığması yoldaşlıq görüşündə Misiri məğlub edib.

"Report" xəbər verir ki, qarşılaşma BrüssseldəŞ "Rua Bod" stadionunda baş tutub və meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə başa çatıb.

Qarşılaşmada ilk qol matçın 27-də açılıb (Romelu Lukaku). Bundan 11 dəqiqə sonra meydan sahibləri növbəti dəfə fərqləniblər - Eden Hazard hesabı 2:0-a çatdırıb. Oyunda sonuncu qol 92-ci dəqiqədə vurulub. Maruan Fellayni meydan sahiblərinin qələbəsini rəsmiləşdirib.

Belçika futbol üzrə 2018-ci il dünya çempionatında İngiltərə, Tunis və Panama ilə eyni qrupda çıxış edəcək. Misir yığması Rusiya, Səudiyyə Ərəbistanı və Uruqvayla qarşılaşacaq.
[media=https://www.youtube.com/watch?time_continue=1&v=TUbdBGUDb4s]












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.