UEFA "Beşiktaş" klubunu cərimələyib

7-06-2018, 09:40           
UEFA "Beşiktaş" klubunu cərimələyib
UEFA Türkiyənin "Beşiktaş" klubunu 34 min avro məbləğində cərimələyib.

"Report"un qurumun saytına istinadən verdiyi məlumata görə, buna klub azarkeşlərinin Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyununda evdə Almaniya "Bavariya"sı ilə görüşdə etdikləri qeyri-etik hərəkətlər səbəb olub.

Fanatlar sözügedən matçda meydana əşyalar atıb və oyunun keçirilməsinə mane olublar.

Qeyd edək ki, "Beşiktaş" - "Bavariya" matçı qonaqların 3:1 hesablı qələbəsi ilə başa çatıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru