Zlatan İbrahimoviç dünya çempionatında iştirak etməməsinin səbəbini açıqlayıb

9-06-2018, 08:05           

ABŞ-ın “Los-Anceles Qelaksi” klubunun isveçli hücumçusu Zlatan İbrahimoviç dünya çempionatında iştirak etməməsinin səbəbini açıqlayıb.



APA-nın xəbərinə görə, bu barədə “Football Italia” məlumat verib.



“Dünya çempionatında iştirak etməməyimin səbəbi İsveç jurnalistləridir. Təəssüf ki, yerli KİV-lərin mentaliteti belədir. Mənim adım, davranışım, təbiətim onlara yad gəlir. Amma unudurlar ki, yığmada rekord hələ də, mənə məxsusdur. Dünya çempionatı futbolda ən böyük bayramdır. Orda ən yaxşı futbolçular oynayır, ancaq Zlatan mundialda olmayacaq. Onlar deyirlər ki, komanda oyununa uyğun gəlmirəm. Karyerama nəzər salın, çox sayda mükafatlar qazanmışam. Mən komanda üçün oynaya bilmirəmsə, bu mükafatları necə qazanmışam?”, Z.İbrahimoviç deyib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.