Məhəmməd Salah karyerasının ən dəhşətli anı barədə

9-06-2018, 21:36           
Məhəmməd Salah karyerasının ən dəhşətli anı barədə
İngiltərənin “Liverpul” klubunun və Misir millisinin ulduz futbolçusu Məhəmməd Salah karyerasının ən dəhşətli anı barədə danışıb.

Virtualaz.org “Marca” ispan nəşrinə istinadən xəbər verir ki, Salah bununla bağlı deyib: “Çempionlar Liqasının finalında aldığım zədə karyeramın ən dəhşətli anıdır. Birdən anladım ki, dünya çempionatında iştirak etməyə bilərəm. Bu, məni praktiki olaraq məhv etdi”.

Xatırladaq ki, Madridin “Real” klubunun oyunçusu Serxio Ramosun qaydaları pozması Salahın zədələnməsi ilə nəticələnmişdi. Həkimlər onun dünya çempionatının başlanmasına qədər meydana qayıdacağına ümid edirlər. Dünya çempionatı iyunun 14-də başlanacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru