"Neftçi"nin büdcəsi üçqat artırıldı - REKORD MƏBLƏĞ

9-06-2018, 22:08           

Baş məşqçi postuna italiyalı Roberto Bordini gətirən "Neftçi" klubunun illik büdcəsi 3 qat artırılıb.

Publika.az Sportlife.az-a istinadən xəbər verir ki, SOCAR-dan "Neftçi"yə 2018/2019 mövsümü üçün 21 milyon manat büdcə ayrılıb. Bu, klub tarixi ərzində paytaxt təmsilçisinə ayrılan ən yüksək məbləğdir. Məlumat üçün bildirək ki, Dövlət Neft Şirkəti indiyədək "ağ-qaralar"a ən yaxşı halda 12 milyon manat ayırıb.

Mənbənin dediyinə görə, vəsaitin 1/3 hissəsi klubun təlim-məşq bazasının tikintisi üçün nəzərdə tutulub. Bundan əlavə, 500 min manat da akademiya xərclərinə sərf olunacaq. Büdcənin yerdə qalan hissəsi isə əsas komandaya xərclənəcək.

Məlumatı verən mənbə bildirir ki, büdcənin artırılmasının qarşılığında "ağ-qaralar"ın idarəçilərinin qarşısına yalnız 1 şərt qoyulub - Azərbaycan Premyer Liqasının qızıl medallarını qazanmaq.

Xatırladaq ki, ötən mövsüm "Neftçi"nin büdcəsi 7 milyon manat təşkil edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru