Futbolçu jurnalisti belə xilas etdi - VİDEO

11-06-2018, 00:39           

Polşalı futbolçusu, dünya çempionatında milli yığmanın üzvü Mixail Pazdan idman bacarıqlarından istifadə edərək jurnalisti xilas edib.

Teleqraf.com sport.ru-ya istinadla xəbər verir ki, müsahibə zamanı gözlənilmədən işıq avadanlığının jurnalistin üzərinə doğru gəldiyini görən futbolçu ayaq hərəkəti ilə buna mane olub. Açıq havada baş tutan çəkilişdə avandanlığa ciddi ziyan dəyməyib. Jurnalist bir neçə saniyə sonra özünü toparlayaraq müsahibəyə davam edib.



Sosial şəbəkə istifadəçiləri Mixail Pazdanın ani reaksiyasını yüksək qiymətləndirirək bunun yarışöncəsi yaxşı nəticəyə işarə etdiyini bildiriblər.













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.