PSV klubu 10 oyunluq qələbə həsrətinə son qoyub - VİDEO

22-08-2018, 10:43           
PSV klubu 10 oyunluq qələbə həsrətinə son qoyub - VİDEO
Hollandiyanın PSV klubu Avropa kuboklarında 10 oyunluq qələbə həsrətinə son qoyub.

"Report" xəbər verir ki, Eyndhoven təmsilçisi buna Belarusda BATE üzərində 3:2 hesablı qələbə sayəsində son qoyub. Sonuncu qalibiyyət 2015-ci ilin dekabrında gerçəkləşib. PSV futbolçuları həmin vaxt Hollandiyada Rusiya MOİK-ini 2:1 hesabı ilə yeniblər. Sonrakı oyunlarından isə onlar 6 məğlubiyyət, 4 heç-heçə ilə ayrılıblar.

BATE Çempionlar Liqasının III təsnifat mərhələsində "Qarabağ"ı mübarizədən kənarlaşdırıb - 1:0, 1:1. PSV isə Belarus təmsilçisinin 4 oyunluq məğlubiyyətsizlik seriyasına son qoyub.

Cavab görüşü avqustun 29-da Eyndhovendə keçiriləcək.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru