AFFA seçimini etdi - UEFA-ya məktub göndərdi

29-08-2018, 08:01           
AFFA seçimini etdi - UEFA-ya məktub göndərdi
AFFA rəhbərliyi 2019-cu il fevralın 7-də İtaliyanın paytaxtı Romada UEFA-nın 43-cü konqresində keçiriləcək seçkidə hazırkı UEFA prezidenti Aleksandr Çeferinin namizədliyini dəstəkləyəcək.

Unikal.org xəbər verir ki, bununla bağlı AFFA-dan UEFA-ya müvafiq rəsmi məktub göndərilib. Məlumatı AFFA yayıb.

Ötən seçkidə də, seçkiqabağı platformasında yer alan sosial məsuliyyət, assosiasiyalararası dialoq, UEFA irsinin davam etdirilməsi, Avropa futbol təşkilatının hər zaman zirvədə saxlanılması ilə bağlı müddəalarla tanış olduqdan sonra AFFA rəhbərliyi Aleksandr Çeferinin namizədliyini dəstəkləmişdi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru