Əflatun Amaşov Ramil Usubova müraciət edib - SƏBƏB

15-10-2018, 12:00           
Əflatun Amaşov Ramil Usubova müraciət edib - SƏBƏB
Basqının tez bir zamanda araşdırılması xahiş edilib
“Yeni Zaman” – “Novoye Vremya” qəzetlərinin ofisi naməlum şəxslər tərəfindən dağıdılıb.

Məsələ ilə bağlı Mətbuat Şurasının rəhbəri Əflatun Amaşov Daxili İşlər naziri Ramil Usubova müraciət edib.

Əflatun Amaşov qəzet redaksiyasına basqının tez bir zamanda araşdırılmasını xahiş edib.

Daxili İşlər Nazirliyindən isə bildirilib ki, qəzet redaksiyasına basqın nəzarət altındadır, araşdırma aparılıb.

Qeyd edək ki, 12 Oktyabr 2018-ci il tarixinda “Yeni Zaman” – “Novoye Vremya” qəzetlərinin ofisi naməlum şəxslər tərəfindən dağıdılıb, ofisdən bəzi əşyalar oğurlanıb. (Yenicag.az)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru