Bərdə sakini dostunu güllələyərək öldürüb - YENİLƏNİB

15-10-2018, 17:24           
Bərdə sakini dostunu güllələyərək öldürüb - YENİLƏNİB
Bərdə rayonunda ov zamanı ölümlə nəticələnən bədbəxt hadisə baş verib.

"Report"un Qarabağ bürosunun verdiyi məlumata görə, rayonun Gulgəzli kənd sakini, 24 yaşlı Sadıq Tapdıqbəyli dostu və sinif yoldaşı olan Yaşar Kərimovu güllələyib. Nəticədə 24 yaşlı Yaşar Kərimov aldığı güllə yarasından hadisə yerində ölüb.

Bərdə Rayon Prokurorluğundan "Report"un yerli bürosuna bildirilib ki, hadisəni törədən S.Tapdıqbəyli saxlanaraq istintaqa cəlb edilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

***16:40

Bərdə. 15 oktyabr. REPORT.AZ/ Bərdə rayon sakini dostunu güllələyərək öldürüb.

"Report"un Qarabağ bürosu xəbər verir ki, hadisə rayonun Gülgəzli kəndi ərazisində baş verib.

İlkin məlumatlara görə, hadisə ov zamanı baş verib.

Hadisə yerinə hüquq-mühafizə orqanalrının əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırmalara başlanılıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru