“Tək qadınam, çadırda yaşayıram” - Valideynləri vahiməyə salan “uşaq oğrusu” danışdı - VİDEO

15-10-2018, 17:49           
“Tək qadınam, çadırda yaşayıram” - Valideynləri vahiməyə salan “uşaq oğrusu” danışdı - VİDEO
Bir neçə gündür, "WhatsApp"da "uşaq oğrusu” adıyla fotosu yayılan qadın video-müraciət yayıb.

Hurriyyet.org BakuPost-a istinadən xəbər verir ki, qadın onun barəsindəki iddiaları təkzib edib:

"Mən tək yaşayıram. Çadırda yaşayıram. Xəstə adamam. Yolda gedəndə bir neçə nəfər qarşımı kəsib şəklimi çəkib. Daha sonra bir neçə nəfər mənə yaxınlaşıb dedi ki, sənin şəklin internetdə yayılıb. Mən savadsız adamam. İnternetdən də istifadə etmirəm. İnsanlar mənə yaxınlaşıb bu xəbəri deyəndə pis oldum. Niyə araşdırmadan belə hərəkət edirlər, bilmirəm. Çox pisəm”.

Qeyd edək ki, bir müddətdir "WhatsApp" qruplarında, həmçinin sosial şəbəkələrdə Hövsan qəsəbəsində, eləcə də ölkənin bir neçə rayonunda məktəbli uşaqların oğurlanması ilə bağlı xəbərlər dolaşır. Rəsmi qurumlar isə bu iddiaları təkzib edir.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru