Ekvadorda əməliyyat nəticəsində 1,2 ton kokain götürülüb

16-10-2018, 08:06           
Ekvadorda əməliyyat nəticəsində 1,2 ton kokain götürülüb
Ekvadorda narkotik maddə alverçilərinə qarşı aparılan üç əməliyyat nəticəsində ümumilikdə 1200 ton kokain götürülüb.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyinin məlumatında deyilir.

Ən böyük narkotik maddə partiyası Quayakil şəhərində qeydə alınıb – təqribən 0,7 ton. Orada qanunsuz yük partiyası ilə əlaqəli 4 nəfər saxlanılıb. Daha 0,3 ton narkotik maddə ölkə sahilində sürətli qayıqda aşkar edilib. Qayıqda üç nəfər heyət üzvü saxlanılıb. Həmçinin iki nəfər tutulmaqla 0,2 ton kokain Qalapaqoss adalarında müsadirə edilib.

Bundan əvvəl Türkiyədə Səudiyyə Ərəbistanına məxsus təyyarədə 2 milyon dollarlıq narkotik aşkarlanıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.