Bakıda kirayə götürdüyü “Gelandewagen”i “Şaqman”a çırpdı - VİDEO

17-10-2018, 11:44           
Bakıda kirayə götürdüyü “Gelandewagen”i “Şaqman”a çırpdı - VİDEO
Bakının Heydər Əliyev prospektində gecə saatlarında ağır yol-nəqliyyat hadisəsi baş verib.

Missiya.Az xəbər verir ki, “Gelandewagen”in sürücüsü, 1991-ci il təvəllüdlü Məmmədov Nicat Şamil oğlu sürət həddini aşaraq qarşıda gedən “Şaqman” yük maşınının çırpılıb.

Qəza nəticəsində “Gelandewagen” yolun əks istiqamətinə keçib.

Avtomobilin sürücüsü Məmmədov Nicat və daha bir nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar 1 saylı Kliniki Tibbi Mərkəz çatdırılıblar. Onların vəziyyəti qənaətbəxşdir.

Qeyd edək ki, sürücü Məmmədov Nicat “Gelandewagen”i bir günlük “Rent a car”dan kirayə götürüb.

Qəza nəticəsində avtomobillərə ciddi ziyan dəyib.

Faktla bağlı araşdırmalar aparılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru