Krımda partlayış və atışma nəticəsində ölənlərin kimliyi məlum olub

18-10-2018, 07:15           
Krımda partlayış və atışma nəticəsində ölənlərin kimliyi məlum olub
Ukraynanın işğal olunmuş Krım bölgəsindəki Kerç şəhərində Politexnik Texnikumu binasında baş verən partlayış və atışma nəticəsində ölənlərin kimliyi məlum olub.

"Report" xəbər verir ki, bu barədə şəhər administrasiyası rəhbərinin müavini Dilavər Melqazıyev bildirib.

"Ölənlərin hamısının şəxsiyyəti müəyyənləşdirilib", - deyə o qeyd edib.

Qeyd edək ki, oktyabrın 17-də Ukraynanın işğal olunmuş Krım bölgəsindəki Kerç şəhərində Politexnik Texnikumu binasında baş verən partlayış və atışma nəticəsində 20 nəfər ölüb, 50 nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib.

Krımın hakimiyyət orqanları faciə ilə əlaqədar 3 günlük matəm elan ediblər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru