“Lotu Quli” azadlığa buraxıldı

18-10-2018, 17:01           
“Lotu Quli” azadlığa buraxıldı
"Lotu Quli” ləqəbli məşhur kriminal avtoritet Nadir Səlifov sərbəst buraxılıb.

Teref.az virtualaz.org-a istinadən xəbər vcrir ki, o, bir neçə gün əvvəl polis tərəfindən saxlanılmışdı və daha sonra barəsində deportasiya qərarının çıxarılması üçün miqrasiya xidmətinə göndərilmişdi. N. Səlifov bir neçə gündür miqrasiya xidmətində saxlanılırdı. Onun Azərbaycana deportasiya edilməsi barədə qərar çıxarıldığı bildirilirdi.

Məlumata görə məhkəmə "Lotu Quli”nin Türkiyədən deportasiya edilməsinə dair Miqrasiya İdarəsinin qəbul etdiyi qərarı ləğv edib. Beləliklə, onun Türkiyədə yaşaması üçün hazırda hüquqi baxımdan heç bir əngəl qalmayıb və məlumata görə "Lotu Quli” bundan sonra da İstanbulda yaşamaqda davam edəcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru