Transformatordan meyiti tapılan Türkiyə vətəndaşı ora oğurluq məqsədi ilə giribmiş - TƏFƏRRÜAT

18-10-2018, 17:39           
Transformatordan meyiti tapılan Türkiyə vətəndaşı ora oğurluq məqsədi ilə giribmiş - TƏFƏRRÜAT
Bakıda transformatordan meyiti tapılan Türkiyə vətəndaşı ilə bağlı bəzi detallar məlum olub.

Open.az-ın əldə etdiyi məlumata görə, Biləcəri qəsəbəsində yerləşən "Azərişıq" ASC-yə məxsus elektrik paylayacı qurğunun içərisində meyiti aşkar edilmiş Alper Aktaşın ora oğurluq məqsədi ilə girdiyi məlum olub. Məlumata görə, Alper Aktaş Bakıda elektrik ustalığı edib. İlkin ehtimalla o elektrik paylayacı qurğudan nəsə oğurlamaq üçün ora daxil olub və nəticədə onu cərəyan vuraraq öldürüb.

Faktla bağlı araşdırmalar davam etdirilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru