Rəşid Mahmudov əməliyyat olundu

19-10-2018, 07:21           
Rəşid Mahmudov əməliyyat olundu
Qarın boşluğunda yaranan ağrılar səbəbindən Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasına yerləşdirilən Tibb Universitetinin dosenti, tanınmış ictimai xadim Rəşid Mahmudov ötən gün əməliyyat olunub.

Teref.az Modern.az-a istinadən xəbər verir ki, bu haqda onun həmkarı, Tibb Universitetinin müəllimi Əli Əliyev bildirib:

"Dostumuz, kolleqam, layiqli ziyalımız Rəşid Mahmudovun səhhəti ictimaiyyəti ciddi narahat edir. Bu gün Rəşid müəllim əməliyyat olunub. Uğurlu keçib. Sabah mütləq özü ilə görüşəcəyəm. Durumu yaxşıdır. İnşallah qısa müddətdə bərpa olunacaq. Narahatlığa əsas yoxdur".

Hazırda reanimasiya şöbəsində olan 79 yaşlı R.Mahmudov mədəaltı vəzidən əməliyyat olunub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru