Qərargah: Sürüşmə zonasında çatlarda genişlənmə müşahidə edilib
21-10-2018, 10:39
Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən yaradılan Qərargah Badamdar qəsəbəsində sürüşmə sahəsindəki son vəziyyətlə bağlı növbəti məlumat yayıb.
Qərargahdan virtualaz.org-a daxil olan məlumata görə, sürüşmə zonasında saat 09:00-a olan monitorinqlərin nəticəsinə əsasən ərazidə gərginlik qalmaqdadır: "Sürüşmə zonasının sağ və sol hissəsindəki çatlarda genişlənmə müşahidə edilib".