Bakıda DƏHŞƏT: Kranla qaldırılan yük fəhlənin başına düşdü, yerindəcə öldü

21-10-2018, 12:54           
Bakıda DƏHŞƏT: Kranla qaldırılan yük fəhlənin başına düşdü, yerindəcə öldü
Bakıda dəhşətli ölüm hadisəsi baş verib.

Belə ki, Nizami rayonu Çobanzadə küçəsində “Buxar Mühəndislik” MMC-də yük kranı ilə qaldırılan yük təhlükəsizlik qaydalarının pozulması nəticəsində fəhlənin üstünə düşüb. Ağır xəsarət alan Məmmədrzayev Əzizağa Saatmirzə oğlu aldığı xəsarətlərdən vəfat edib.

Bildirilir ki, “MAZ 5335” markalı yük kranını Mətləb Orucov adlı şəxs idarə edib. Hadisə kranın kəmərinin düzgün bərkidilməməsi səbəbindən baş verib.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru