ABŞ-da küçədə atışma nəticəsində 6 nəfər yaralanıb
22-10-2018, 07:07
ABŞ-ın Florida ştatında küçədə baş verən atışma nəticəsində 6 nəfər yaralanıb. Trend-in məlumatına görə, hələ ki şübhəli şəxsləri saxlamaq mümkün olmayıb. Atışma bazar günü Ceksonvill şəhərində baş verib.
Son məlumata görə, 3 nəfər ağır vəziyyətdə olmaqla 6 nəfər yaralanıb.