Moldovada məmurlar korrupsiyaya görə həbs edildi

23-10-2018, 07:59           
Moldovada məmurlar korrupsiyaya görə həbs edildi
Moldovanın paytaxtı Kişinyov meriyasında aparılan axtarışlardan sonra bəzi məmurlar saxlanılıb.

AZƏRTAC-ın yerli mətbuata istinadən verdiyi məlumata görə, saxlanılanlardan biri barəsində 20 sutkalıq həbs qətimkan tədbiri seçilib. Digər üç məmur haqqında isə ev dustaqlığı barədə hökm çıxarılıb.

İki məmur qanunsuz tikililərin sənədləşdirildiyini etiraf edib. Korrupsiya faktına görə artıq 6 nəfər saxlanılıb, 25 nəfər isə şübhəli şəxs kimi nəzarətə götürülüb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru