“Təmiz Şəhər” batır: zərər 161 milyon manatı keçdi

23-10-2018, 12:54           
“Təmiz Şəhər” batır: zərər 161 milyon manatı keçdi
"Təmiz Şəhər” ASC-nin aktivləri bu il yanvarın 1-nə 88,779 mln. manat təşkil edib. Gundeminfo.az Qaynarinfoya istinadən xəbər verir ki, bu, ötən il yanvarın 1-i ilə müqayisədə 13,1% azdır.

O cümlədən 2017-ci ildə dövlət şirkətinin uzunmüddətli aktivlərinin dəyəri 28,1% azalaraq 62,202 mln. manata düşüb, cari aktivlərinin dəyəri isə 61,3% artaraq 27,578 mln. manata çatıb.

"Təmiz Şəhər” ötən ilin sonuna 730 min manat cəmi öhdəliklərə (illik müqayisədə 84,7% az), 88,049 mln. manat isə cəmi kapitala (9,6% az) malil olub.

Dövlət şirkəti 2017-ci ili 33,997 mln. manat zərərlə başa vurub. Bununla da, onun yığılmış zərəri 161,394 mln. manata çatıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru