Nə qədər pambıq yığılıb? – RƏSMİ RƏQƏM

23-10-2018, 19:51           
Nə qədər pambıq yığılıb? – RƏSMİ RƏQƏM
Dövlət Statistika Komitəsi pambıq yığımının vəziyyəti barədə məlumat açıqlayıb.

Məlumata əsasən, oktyabrın 23-dək ölkə üzrə pambıq qəbulu məntəqələrinə 158 min 83 ton məhsul təhvil verilib.

Müqayisə üçün qeyd edək ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 38 min 343 ton çoxdur.

Ən çox pambıq tədarükü üzrə Saatlı, Ağcabədi, Bərdə, Beyləqan və Biləsuvar rayonları ön sıradadırlar.

Saatlıda 21 min 184 ton, Ağcabədidə 16 min 836 ton, Bərdədə 16 min 400 ton, Beyləqanda 14 min 597 ton, Biləsuvarda 13 min 583 ton pambıq tədarük olunub.
Teref.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru