Şabran bazarında mübahisə bıçaqlanma ilə nəticələnib

24-10-2018, 07:27           
Şabran bazarında mübahisə bıçaqlanma ilə nəticələnib
Şabranın rayon bazarında bıçaqlanma olub.

"Report"un Şimal bürosunun məlumatına görə, sərxoş halda olan yerli sakinlər - 1992-ci il təvəllüdlü Novruzov İlkin Səhrab oğlu və 1996-cı il təvəllüdlü Əmiraslanov Elməddin Nəcməddin oğlu mübahisə edib.

Nəticədə İ.Novruzov E.Əmiraslanovun qarın boşluğuna bir neçə bıçaq zərbəsi vurub. Yaralı Şabran Rayon Mərkəzi Xəstəxanasının Cərrahiyyə şöbəsinə yerləşdirilərək əməliyyat olunub. Onun vəziyyətinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı Şabran rayon Polis şöbəsində araşdırma aparılır.

Qeyd edək ki, bundan əvvəl Mingəçevir şəhərində də bıçaqlanma hadisəsi baş verib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru