Bakıda arvad bıçağı ərinin ürəyinə sancdı - ŞOK CİNAYƏT

24-10-2018, 11:26           
Bakıda arvad bıçağı ərinin ürəyinə sancdı - ŞOK CİNAYƏT
Bakıda qadın ərini bıçaqlayıb.

Open.az-ın məlumatına görə, hadisə paytaxtın Binəqədi rayonu, A. Kunanbıyov küçəsi 4, mənzil 89-da qeydə alınıb. Həmin ünvanda yaşayan Bayram Quliyev döş qəfəsinin kəsilmiş yarası ilə xəstəxanaya yerləşdirilib.

İlkin araşdırma zamanı Bayram Quliyev xəsarəti evdə yıxılaraq aldığını deyib. Lakin araşdırma zamanı müəyyən edilib ki, Bayram Quliyevə həmin xəsarəti ailə münaqişəsi zəminində həyat yoldaşı, 1994-cü il təvəllüdlü Bilqeys Quliyeva yetirib. Qadın bıçağı ərinin ürəyindən sancıb.

Faktla bağlı Binəqədi rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru